Mən ötüb keçdikcə, yolum hər səhərBir tut ağacının dibindən düşür;O yeni boy atıb qalxır göylərə,Mənim saçlarıma daha dən düşür...

Uzanır qarşıma əyri bir budaq,Elə bil, sözü var, kəsir yolumu:Dinib danışmayır, duyuram ancaqYaşıl gərdəninə salıb qolumu.

Qışda üryan idi bağçalar, bağlar.Al-yaşıl geyinib yazda bəzəndi,İpək qurdu kimi körpə uşaqlarYaşıl budaqlara daraşıb indi...

Biri lap ağacın kəlləsində tək,Salxım budaqları əyib tut yeyir,Həsrətlə baxıram... Sinəmdə ürək:– Uşaqlıq çağını gəl unut! – deyir.

Hər gün boy atıram...Tarix dünyadaÖmrümdən bir an da kəsib atmayır;Lakin budaqlara boyum çatsa daUşaqlıq çağına əlim çatmayır...

Ancaq bir təsəlli duyuram bəzən.Bir şirin təskinlik mənə bəllidir:Uşaq olmasam da dönüb yenidən,Uşaqlıq günlərim bir təsəllidir:

Mənim unudulmaz bir xatirəm var,Yazıram, tanışlar oxusun deyə,Yay yeni girmişdi... Bir gün uşaqlar –Hamı tut dərməyə getdik meşəyə...Ağaclar içində, iti qırğıtək.Hamıdan qabaqda gedirdim özüm.Salxım söyüdlərin arasında təkBir tut ağacına ilişdi gözüm.

Ən şirin neməti bizim torpağın, –Mənim çox sevdiyim qumral tut budur:Uca zirvəsinə, hər şah budağınNə bir əl yetişir, nə bir quş qonur.

Aldıq dövrəsini bu ağacın biz:Onun min qanadı, min qolu vardı.Geniş kölgəsində, inanın ki, siz,Yayları üç sürü qoyun yatardı

– Tuta kim çıxacaq?.. Şinidimsə mən,Hamı təbəssümlə üzümə baxdı...O qədər hündürə çıxdım ki, birdənYeri seyr edəndə gözlərim axdı.

Azacıq toxtadım... həmin bu zamanBir bölük qız gəlib oraya çıxdı, –Elə bil ürkərək bir sürü ceyran,Meşənin içindən talaya çıxdı.

Ağacda bir uşaq tut dərir təkcə,İndi ona baxır qızların gözü...O mənəm, şaxları silkələdikcə,Bir gümüş rəng aldı otların üzü.

Sonra bir qovsara qayırıb həmən,Doldurdum dənəbir qumral tutları.Bir xəyala dönən o günləri mən,Qoy yazım, yadımdan çıxmasın barı...

Bir topum var idi, bəzəkli ipdən,Çıxarıb cibimdən tez onu sökdüm,Hörmə sapanımı bölüb tənbətənBəzəkli iplərin ucuna düydüm.

Hədiyyəm hazırdı, onun hər yanıSarındı, yoxlandı yenə min kərə,O şirin nübarı – o qovsarınıAğacın başından salladım yerə.

Bəli, cavanlığın öz dünyası var,Bilər eşq oduna düşübsə hər kim...Yenən qovsaranı bürüdü qızlar,Əllər uzandıqca mən ipi çəkdim.

Buludlar içində məğrur dayandıGöylərdən enməyən laçın vüqarım;Fəqət, göyərçintək bir əl uzandı,Boşalıb yanıma düşdü qollarım.

Şəfəqli gözlərim qaraldı birdən,Atdım əllərimi tez budaqlara;Lakin ipin ucu çıxdı əlimdənEndi güllə kimi yerə qovsara.

Al-yaşıl geyinmiş tala bəzəndi,Otlar sırğa taxdı, yarpaqlar tənə,Qovsara dağıldı, tut səpələndi,Qızların içinə düşdü gülüşmə...

Ah, kimin əliydi o göyərçin əl?Kimiydi eşqimi kəməndə saldı?Bəlkə bir sehr idi o dilbər gözəl,Qəflətən ağlımı başımdan aldı?

İndi siz deməyin – “o sehri unut!”Onunla parladı eşqimin odu;Müqəddəs bildiyim o qocaman tut,Mənim ilk eşqimin şahidi oldu.

Hər quş bir bağçanı bəyəndi-seçdi,Hər kəs bir cənnəti.. mən o yerləri...Xeyli ömür keçdi, xeyli gün keçdiƏlimdən qovsaram çıxandan bəri...

İndi bu yerlərdə yolum hər səhər,Bir tut ağacının dibindən düşür.O yeni boy atıb qalxır göylərə,Mənim saçlarıma daha dən düşür...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов