Uşaqlarımın anasına

Neçə qəmli misra yazdım, bitirdimKeçdikcə yanımdan karvanlar, köçlər.Neçə dost itirdim, tanış itirdim –Hesabı varmı ki, deyim nə qədər?

Bir tutar qoymadı qovğalar məndə,Yüz yol parçalandım, min yol didildim.Özümün özümdən zəhləm gedəndə,Bir səni özümə təsəlli bildim.

Barı camalına baxım doyunca,Azar incidəndə, dərd incidəndə.Bəbəklərimdə qoy, qalsın, şəkliniBir gün mən dünyadan köçüb gedəndə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов