Yenə qaşlarınız niyə çatıldı,Deyin, qəlbinizdə nə var, a dostlar?!Söyləyin, hər yandan sıxırmı sizi,Qalın daş divarlı hasar, a dostlar!..

Toxundu qəlbimə bu gün bir baxış,Bilirəm, çox vurub onu qar, yağış...Sizi qorxutmasın nə boran, nə qış,Gələr mövsimində bahar, a dostlar!..

Boşa getməyəcək axan bu qanlar,Bu vəhşi qırğınlar, vəhşi talanlar,Bir gün döyülənlər, ayaqlananlarÖz intiqamını alar, a dostlar!..

Vaxt olar burada dəyişər zaman:Dağların döşündən çəkilər duman,Xalqın aşıqları Ərkin başındanSədəfli sazını çalar, a dostlar!

Şərəfli bir ümid, böyük bir inam,Bizi düşündürür hər səhər-axşam...Haraya üz qoysam, harada olsam,Əliniz əlimdə qalar, a dostlar!Təbriz, aprel, 1942

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов