(Təbriz məktəbində)

Məktəb al geyinir bayram qabağı,Onun yollarına güllər tökülür.Şəndir müəllimin qaşı-qabağı,Körpə uşaqların gözləri gülür...Şahın şəkli yoxdur, divara bax bir,İndi Səttarxandır seyr edən bizi.Əziz körpələri görüb sevinirNizami, Füzuli, Saib Təbrizi...Müəllim şagirdə dedi inamla:Gəl yaz, söz azaddır indi ölkədə...Gəlib çox həvəslə, çox ehtiramla,İki kəlmə yazdı şagird lövhədə.Bir fərəh götürdü tez şagirdləri,Sevincdən parlayan gözlər alışdı.Kim bilir, kim bilir nə vaxtdan bəriBu sözlər lövhəyə yazılmamışdı...Hamı bir ağızdan edincə təkrar,Sözlə qanadlanıb dağları aşdı.Dolandı, bir yerdə tutmadı qərar –Azəri yurdunu gəzdi, dolaşdı.Sonra havalandı, gəldi cövlana,İran torpağını gəzdi sərbəsər...Elə ki, yetişdi bu səs Tehrana,Titrədi yerbəyer məclisdəkilər.Çox yazdı, çox pozdu hökmdar, ancaqHökmü dövran verdi, zəmanə yazdı..Öz doğma dilində məktəbli uşaqBir “vətən” söylədi, bir “ana” yazdı.Təkcə körpələrin deyil ki, inan,Bu dərs lap şahın da yadında qaldı...Kim qıfıl asmışdı xalqın dilindən,O da öz dərsini bu gündən aldı.Bakı, dekabr, 1945

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине