Qarabağdayam
Şuşanı yuxumda gördüm dün gecə,Şəhərim bərbaddı, İlahi, necə.Oyaqkən, röyada, gündüz, həm gecə,Cənnət bağındayam, Qarabağdayam.
Bu əllər qovacaq ordan yağını,Səngər eyləyəcək Ağrı dağını,Geri qaytaracaq QarabağımıCənnət bağındayam, Qarabağdayam.
Sanki dastanlarda, nağıllardayam,Ən igid, nər igid oğullarlayam.Nə qədər qan içrə boğulmaqdayam,Cənnət bağındayam, Qarabağdayam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-qarabagdayam
Клавиши ← → для перехода, R — случайное стихотворение