Gəzdim Lənkəranı, gəzdim mən Qaxı,Məni heyran etdi həm də Şamaxı.Bu gün seyrə çıxıdım gözəl Yevlaxı,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Qarabağ buradan başlayır, bilin,Gözəl guşəsidir Vətənin, elinBu nəğmə eşqidir vuran qəlbimin,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

“Heydər bağı” bəzənib başdan-başa,Hər bayramda sanki gözəl tamaşa.Yaşa Azərbaycan, sən min il yaşa,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Yelmar kimi oğulları yetirib,Çöllərində qızılgüllər bitirib,Yevlaxa oğullar şöhrət gətirib,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Yevlax göəlləşib, bunu el bilir,Şad gündə insanlar sevinir, gülür.Gözəl bir oğuldu balamız Elmir,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Nə gözəldir bulaqları, gölləri,Xaldan kimi məşhur olan elləri.Gətirmişəm ən ətirli gülləri,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

Cavanşirin, Koroğlunun yurdudur,Mənim xalqım ən nəhəng bir ordudur.Vüqar Əhməd şeirləri bal dadır,Yevlaxım, Yevlaxım, gözəl Yevlaxım.

27.05.2007

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине