Bakım mənim
Bu torpağa ibadətim,Bu dünyaya səyahətim.Ömrüm, günüm, səadətim,Bakım mənim, Bakım mənim.
Uşaqlığım, dəcəlliyim,Həm qocalıq, həm gəncliyim.Ey əbədi bir gəncliyim,Bakım mənim, Bakım mənim.
Üç gözəl var, bir bilsəniz,İstanbuldu, Bakı, Təbriz.Yaşamaram Bakı sənsiz,Bakım mənim, Bakım mənim.
İç dünyam – İçərişəhər,Qız qalasın dünya sevər,Çox gözəldi gecə, səhər,Bakım mənim, Bakım mənim.
Ölkəmizin ürəyisən,Bu millətin gərəyisən,Neft ətirli çörəyisən,Bakım mənim, Bakım mənim.
Gedib gəzsək biz hər yanı,Seyr eləsək bu dünyanı.Əvəz etməz el-obanı,Bakım mənim, Bakım mənim.
Köhnə məhlə, köhnə küçə,Dalanlardan keçə-keçə.Bulvar dolu hər gün gecə,Bakım mənim, Bakım mənim.
Çox qədimdi abidələr,Şirvanşahlar deyir nələr.
Şeir, muğam, qəzəl deyər,Bakım mənim, Bakım mənim.
Duyanların səni sevir,Səndə yadlar qalmır, gedir,Zər qədrini zərgər bilir,Bakım mənim, Bakım mənim.
Ayrı düşsəm əgər səndən,Baş açmaram kədər, qəmdən.Vüqar Əhməd deyir qəlbən:– Bakım mənim, Bakım mənim.
1.02.2009
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-bakim-menim-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
بده ساقی شراب ناب تبریزکه دارد فیض دیگر آب تبریز
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی