Dünya
Dünya bir düşərgədir,Dəstələr gəlir, gedir,Hamı cərgə, cərgədirBu dünyada, dünyada.
Çilçıraqlı saraydır,Dünya axan bir çaydır,Bu nalədir, ah-vaydırBu dünyada, dünyada.
Gözəl bir tamaşadır,
O insanı yaşadır,Ömür tək yox, qoşadırBu dünyada, dünyada.
Sabahdır, dan üzüdür,O çiçək dənizidir,Hamının əzizidirBu dünyada, dünyada.
Göylərin dumanıdır,Küsənin gümanıdır,Min dərdin dərmanıdırBu dünyada, dünyada.
Xəyalımda nələr var,Sonsuz xəzinələr var,Həm sevinc var, kədər varBu dünyada, dünyada.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-dunya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Fələk sayır, mən sayıram…Rəhmətlik anam həmişə dara düşəndə*deyərdi: - Sən saydığını say, gör fələk*
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
در جمله ذرات جهان لمعه حسنیستمن با تو بگویم، که ترا پرتو حس نیست