Bilirəm
Könlüm arzulayır ən gözəl ili,Necə də sevirəm şipşirin dili.Sevirəm Vətəni,bu doğma eli,Duyuram, bilirəm gələn günləri.
Dərmişəm bağçadan mən qızılgülü,Taleyim gözləyir ən gözəl günü,Görəcəm Qarabağ qələbəsini,Duyuram, bilirəm gələn günləri.
Güneyim, Quzeyim olacaq vahid,Gözlərim olubdur eşqimə şahid.Daha görməyəcək Vətənim şəhid,Duyuram, bilirəm gələn günləri.
Səadət mənimlə qoşa gəzəcək,Qəlbimdə ən həzin nəğmə dinəcək,
Bu şeirim qəlblərə yollar çəkəcək,Duyuram, bilirəm gələn günləri.
Bilirəm, xoşbəxtlik məni tapacaq,Cənnət yollarına cığır açacaq,Arzular ömrümə işıq saçacaq,Bircə bilməyirəm mən ölən günü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-bilirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Sevgi valsıAy dolanır, gecə lal;Dayanmışıq üz-üzə.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.