Vətənimi qorumağa
Ölkəmin bir bucağından,İsti ata ocağından,Yaxınların qucağındanAyri düşdüm, ər olmağa,Bu Vətəni qorumağa.
Sola döndüm, döndüm sağa,Yol vermərəm yad qonağa,Yaş düşməsin bir yanağa,Son qoyaraq ağlamağa,
Bu Vətəni qorumağa.
Sərkərdəmiz versə fərman,Biz hazırıq hər gün, hər an,Andımızdır bayraq, Quran,Haydı, gedək Qarabağa,Bu Vətəni qorumağa.
Düşmüşük biz dil-dodağa,Dava neçə il qadağa.Rəhbər desə: - kim qabağa!Ana, bacı, millət gedər,Bu Vətəni qorumağa.
İlham ilə, cəsarətlə,Mərdlik ilə, cəsarətlə,Allahıma ibadətlə,Allah-deyib, marş irəli,Bu Vətəni qorumağa.
İgidlər cərgə-cərgədi,Azərbaycan bir ləşkərdi,Vüqar Əhməd bir əsgərdi,Siyahıya onu da yaz,Bu Vətəni qorumağa.
30.04.2007
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-vetenimi-qorumaga
Клавиши ← → для перехода, R — случайное стихотворение