Gəl sevək dünyanı, duyaq dünyanı
Əbədi deyilik, qonağıq, qonaq,Başını qaldırıb dünyaya bir bax,Dünyanı bir daha yenidən quraq,Gəl sevək dünyanı, duyaq dünyanı.
Sevək təbiətin min bir rəngini,Görək şadlananı, görək qəmgini,Ümidin qələbə çaldığı günü,Gəl sevək dünyanı, duyaq dünyanı.
Seyr edək insanın möcüzəsini,Sevək ürəklərin istək səsini,Dinləyək sevginin xoş nəğməsini,Gəl sevək dünyanı, duyaq dünyanı.
Anlayaq, anladaq dostu,sirdaşı,Qoymayaq biz yarı yolda yoldaşı,Yarla qoşa olaq, gedək yanaşı,Gəl sevək dünyanı, duyaq dünyanı.
Bu dünyanı duyduq, çox felə uyduq,Ömür bizə olub göstəriş, buyruq,Dünyaya göstərək əbədi qulluq,Gəl sevək dünyanı, duyaq dünyanı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-gel-sevek-dunyani-duyaq-dunyani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Xublər könlümü istəllə ki, səndən alalar,Ey pəri, qoyma ki, özgə məni təsxir etsin.
Qurbanın olum, getmə, Əli, bircə dayan, durQurbanın olum, getmə, Əli, bircə dayan, dur,Göz yaşıma bax, gör necə ardınca rəvandır.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadurKöhlü mazağülbəsər ol çeşmi-fəttanındadur,Abi-heyvan çeşməsi çahi-zənəxdanındadur,