Bakı mənim doğulduğum şəhərim,Burda olub hər sevincim, kədərim,Bura bağlı güzəranım, qədərim,Bakı mənim gecələrim, səhərim.

Dərdin özü, çarəsi də burada,Gözəl varmı Bakı kimi haradaAbşeronda, o yarım bir adada,Qucacaqdır onu hər gün Xəzərim.

Çox bağlıyam şəhərimə - BakıyaMən bələdəm hər tinə, hər səkiyəGəmi gəlirsə mehr sönür Bakıya,Kimsəsizlər kimsəsizidi şəhərim.

Təbriz, İzmir, İstanbuldu qardaşı,Qız qalası ona necə yaraşırQalib gəlir əgər kimlə yarışır,Xoş günümdə o qələbəm, zəfərim.

Şəhərimi mən sevirəm ürəkdən,Güc alıram tez-tez əsən küləkdən,Burda hamı çox uzaqdı kələkdən,Həm bu günüm, həm keçmişim,əzəlim.

Mehriban insanlar çəkir zəhməti,Üstün tutur burda hamı qeyrəti,Şair edib Bakım Vüqar Əhmədi,İlham verir, bu ilhamlı şəhərim.

28.10.08

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине