Tarixi qədimdir milyon il öncə,Oğullar cəngavər, qızları incə.Dünya şöhrətlidir Bakıyla, Gəncə,Azərbaycan elim, doğma Vətənim.

Neft qoxuyan gözəl güldü Abşeron,Torpağı qızıldır olsa da şoran.Vətən torpağıdır Mil, Muğan, Aran,Azərbaycan elim, doğma Vətənim.

Qızların başında lahıc örpəyi,Süfrədə dad verir dağlı çörəyi,Lənkəran neməti, talış xörəyiAzərbaycan elim, doğma Vətənim.

Torpağı qədimdi, bilinmir yaşı,Canlı bir tarixdir hər dağı, daşı,Sonu qələbədir türkün savaşı,Azərbaycan elim, doğma Vətənim.

Ərdəbil, Urmiya, Astara, Təbriz,Borçalı torpağı canımdan əziz,Şəkinin ləhcəsi ləzizdən ləziz,Azərbaycan elim, doğma Vətənim.

Adını eşitcək söylədim mən can,Bir ucu Dərbənddi, bir ucu Zəncan,Oğlu var Günəş tək ərzə nur saçan,Azərbaycan elim, doğma Vətənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине