Burada doğulub, burda boy atıb,Burada yaşayıb Cavid əfəndi.Qələmi qılıncdan müqəddəs sayan,Səidə xoş layla çalıb Dübəndi.

Dahisi çox olan xalqın nə qəmi?Məqbərə ucaldıb memar Əcəmi.Dərəsi səngərdir, qayası gəmi,Gözəllər gözəli, gözəl Naxçıvan.

Böyük Mirzə Cəlil gülüb, güldürüb,Ömrünü yurdunda qərib, kəm sürüb,Böyük Heydər baba qanadın gərib,Gül açıb, ucalıb əzəl Naxçıvan.

Günlərlə ha düşün, ha oxu, ha yaz,Yüz ildə yetişir bir Məmməd Araz.Əylisli söz yazdı, Mirişli avaz,Qayğısı, kədəri xəzəl Naxçıvan.

Sirabın sirrini içənlər bilir,Vayxırdan xəstə tək içənlər bilir.Badamlı adamın üzünə gülür,Gözəllər gözəli, gözəl Naxçıvan.

Burda parlayıbdır ilk dan ulduzu,Ağıza dad verir Naxçıvan duzu.Vətənə bağlıdır oğulu, qızı,Gözəllər gözəli, gözəl Naxçıvan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине