Vətən bayatıları
Mən aşiqəm Arana,Həm Milə, həm Şirvana.Yol düşdü Abşerona,İbadət var Qurana.
Aşiqəm el-obaya,Mehr saldım Qubaya,Çağırdım yaxın dostu,Bakım çatdı haraya.
Çərəzlər dada-dada,Yol getdim Ordubada,Göygölü gördüm burda,Xəzərim düşdü yada.
Yol gedirdim Təbrizə,Sizdən düşər kim bizə?Xəzərdən su apardımŞah gölünə səpməyə.
“Heydərbaba” dastanım,Şəhriyar “Gülistan”ım,Əliağa Vahid mənim,Şeir yazan sultanım.
Yol düşdü Ərdəbilə,Rast oldum şirin dilə,Rübabəni dinlədim,Oxurdu “Qaragilə”.
Yol getdim Qarabağa,Qoymadılar qabağa,
Öz doğma VətənimdəMən dönmüşdüm dustağa.
Yol başladım Göyçəyə,Dönüb özgə ölkəyə,Ələsgər əsir düşüb,Çəkilmişik kölgəyə.
Yolum düşdü bazara,Düşdüm azar-bezara,Bura pulsuz gəlirkənKaş gedərdim məzara.
Çəkilmişəm xəlvətə,Allahımla söhbətə,Cəhənnəmə gedirəm,Yoxsa ki,mən cənnətə?!
Səadəti qovuram,Öz-özümü yoruram.Arzularım çin olmur,İçin-için doluram.
Həyat bizi tərlədir,Ümidimiz çərlədir,Kin-kidurət bilmərik,Hər nə varsa dildədir.
Xəyalım səyahətdə,Əllərim itaətdə,Gecə-gündüz oluramAllaha ibadətdə.
Yol düşdü bağımıza,Od düşdü canımıza,İsti qumda gəzirdim,Göz düşdü şanımıza.
Əncir, üzüm quruyur,Qəlbim hər şeyi duyur,Nəslim, köküm, əcdadım,Bu torpaqda uyuyur.
Neftim qara qızıldı,Məşəlimdə qızındım,
İçməli su gəzirəmBu məsələ uzundu.
Hər nə varsa elindi,Şeirim doğma dilimdi,Deməyin ki, a dostlar,Vüqar Əhməd deyindi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-veten-bayatilari
Клавиши ← → для перехода, R — случайное стихотворение