Hər sabah gün ki, saçar aləmə nur,Danədən ötrü uçar cümlə tüyur,Quşlar ol dadlı civiltilə oxur.Aç gözün uyğudan, ey tifli-qəyur.Yatma bu payədə rahət, a çocuq!Etmə tənbəlliyi adət, a çocuq!

Gün çıxıb dağü daşa nur səpər,Hamı dünyada çalışmağı sevər,Hərə bir səmtə gedər əhli-hünər.Ana övladına şəfqətlə deyər:Yatma bu payədə rahət, a çocuq!Etmə tənbəlliyi adət, a çocuq!

Yanaşar bəstəri-ətfala ana,Uyqudan yavrusu istər oyana,Əyilər ta üzü-üzə dayana,Çox yavaşca söyləyər onda ona:Yatma bu payədə rahət, a çocuq!Etmə tənbəlliyi adət, a çocuq!

O gözəl, sevməli, ol nurlu bəbək,Uyqusundan oyanar əsnəyərək,Didə məxmur, özü misli-mələk,Madəri onda edər böylə diləkYatma bu payədə rahət, a çocuq!Etmə tənbəlliyi adət, a çocuq!

Ayıl, oğlum, bu qədər eyləmə xab,Dur götür qoltuğuna indi kitab.Məktəbin vaxtı keçir, eylə şitab,Cəhd elə elm oxu həngami-şəbab,Yatma bu payədə rahət, a çocuq!Etmə tənbəlliyi adət, a çocuq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов