Sumqayıt
Müstəqillik qaranquşu,Bakımızın qardaşı,Göy Xəzərin sirdaşı,Sumqayıt, ay Sumqayıt.
Xarüqələr yaratdı,İnsanların poladdı.Bir tərəfin Coratdı,Sumqayıt, ay Sumqayıt.
Kimyaçılar yetirib,Elə şöhrət gətirib.Hər yerdə çiçək bitib,Sumqayıt, ay Sumqayıt.
Oğulları cəngavər,Qızlarısa hürilər,Hamı dilli-dilavər,Sumqayıt, ay Sumqayıt.
Hər bölgədən burayaPənah gətirən çoxdu,Hamı bilir dünyadaBuranın tayı yoxdu.
Yaşıllıqlar oylağı,Sumqayıt, ay Sumqayıt.Ceyranbatan bulağı,Sumqayıt, ay Sumqayıt.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-sumqayit
Клавиши ← → для перехода, R — случайное стихотворение