Xəzər maviliyi tale rəngimdi,Ən uca göydələn Xəzərdir mənə.Xəzər dəryaçası baş çələngimdi.Ən yaxın sirdaşım Xəzərdir yenə.

Xəzər tək söhbətim heç kimlə tutmur,İlhamı, eşqimi ondan alıram.Böyük qardaşımdı, məni unutmur,Xəyala onunla birgə dalıram.

Bir az masmavidi,bir az bəyazdı,Onda vəhdətlənib rənglər dünyası.Mənim taleyimi o pozdu, yazdı,Xəzərdir cahanın, bəlkə, röyası.

Yaman ilqarlıdı, yaman vüqarlı,Sanki əyilməyən qocaman dağdı.Bəlkə də, ən yaxın dostu Vüqardı,Sular kəhkəşanlı, azman bir bağdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе