Vətən torpağını qucan şəhidim,Ruhları göylərə uçan şəhidim.Torpağa qovuşdun haçan, şəhidim?Ömrü yarı qalan nakam şəhidim.

Kiminin məktəbli oğulu qaldı,Kiminin nabatı, noğulu qaldı,Qapısında qurbanlıq bir toğlu qaldı,Ömrü yarı qalan nakam şəhidim.

Şəhid verən xalqıq – üzümüz ağdır,Şəhidlik zirvəsi Ən uca dağdır,Şəhidlər Şuşadır, o Qarabağdır,Koroğlum, Qoç Nəbim, qoçdu şəhidlər,Bu şeiri sizə qoşdum, şəhidlər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине