Gəzdim Lənkəranı, gəzdim mən Qaxı,Məni heyran etdi ulu Şamaxı.İlk dəfə görmüşəm mən bahar çağı,Şairlər yurdudur gözəl Şamaxı.

Şirvan torpağıdır həm solu, sağı,Elimin muğamı, sözü Şamaxı.Nəsimi soyuldu, el dedi ağı,Şairə yas tutdu eli Şamaxı.

Səhhətin, Hadinin şeri cövhərdi,Qışımda, qarımda yaydı Şamaxı.Hər gələn mehmanı qardaş sanırlar,Ulduzdu, günəşdi, aydı Şamaxı.

Yavər Kələntərli yandırdı, yaxdı,Gecələr ulduzu saydı Şamaxı.

Seyid Əzim, Sabir sözün bulağı,Xanəndə Alimə kökdü Şamaxı.

Zabitin, Mələyin səsi nə şirinElnarənin səsi qəmlər oylağı.Hacının tarına teldi Şamaxı.Vüqar Əhməd dedi, söylədi axı,Elimin gözüdür, gözəl Şamaxı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине