Ağ saçlı palmaların-əncirindir,Bəyaz qumun, meynələrinƏn ziynətli boyunbağın, zəncirindir.Soyköklərin, soyadların türk mənşəli,Abşeronun ən qiymətli cəvahiri, gövhər ləli.

Pir övladı, pir uşağıPirşağı,Türk övladı, türk uşağı-Pirşağı.

Sən Xəzərin ağuşundaBu taleyin sərt qışındaDözümlüsən, səbirlisən.Tarixçilər heyran qalıbHeykəlləşən yaddaşına,Yer vermisən, verirsən dəObasından, yurd yerindənKöçkün düşən qardaşına.

Pir övladı, pir uşağıPirşağı,Türk övladı, türk uşağı-Pirşağı.

Təmiz havan təmizdən də təmizdi,Yaxın qonşun mavi Xəzər dənizdi.Naxələflər hüzurunda qaravaşdı, kənizdi,

Pir övladı, pir uşağıPirşağı,Türk övladı, türk uşağı-Pirşağı.

Qızıl qumun təbərrükdür, çaradır,Qara kürün dənəvərdir, paradır,Ədviyyatın ətirlədir dünyanı,Pirşağını görsən, sanki gördün dünyanı.

Pir övladı, pir uşağıPirşağı,Türk övladı, türk uşağı-Pirşağı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов