Gəl qoruyaq Vətəni
Nağıllardır qorxulu,Düşmən deyil qorxulu,Vətən müqəddəs,ulu,
Gəl qoruyaq Vətəni.
Sayıq olaq, a qardaş,Yağıdan olmaz sirdaş,Ya sülh, ya da ki, savaş,Gəl qoruyaq Vətəni.
Vətənim varlığımdı,Ən göydələn dağımdı,Enməyən bayrağımdı,Gəl qoruyaq Vətəni.
Hər qarışı təbərrik,Qeyrətini çəkərdik,Biz ürəkdən deyirik:Gəl qoruyaq Vətəni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-gel-qoruyaq-veteni
Клавиши ← → для перехода, R — случайное стихотворение