Azgəyliyən Baskeçidə yaraşıqBu bir kənddir, burda vardır yüz işıq.Bu tarlada min illərdir yaşarıq,Bu torpağa şən nəğmələr qoşarıq.

Keçəlləmə, həm Almalı meşəsi,Heyran edir bülbüllərin xoş səsi.Moştuq bulaq haraylayır hər kəsi,Ellilərdə vardır qüdrət, bacarıq.

Mahmud müəllim həm hesab, həm həndəsəÖyrədirdi kim dərsini bilməsə,Beş alanda verərdilər səs-səsə.Xatirəylə biz indi də yaşarıq.

Tahir, Almaz, Teymurazla Şirəli,Əsgər kişi bu dünyadan gedəli,Cavan ikən ağsaqqaldır Şirəli,Röyaları hərdən görür dolaşıq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе