Vətən bayatıları
Mən aşiq Abşerona,Düşüb yeri şorana.Ab sudu, şor da ki duz,Yapışarmı şər ona?
Baxıb bəhri-Xəzərə,Gərək yanam, közərəm.Görüm, onu gəlməsinHeç vaxt gözə, nəzərə.
Seyidi söz karvanı,Məbəd etdi Şirvanı,Yada sal Məhsətini,Natəvanı, Heyranı.
Nazlı gəlin Qarabağ,Səs heykəlim Qarabağ.Həsrətliyə, əlinəYetmir əlim, Qarabağ.
Evimin damdı damı,Yurdumun söndü şamı.İstəmirəm cənnəti,Qaytarın siz Şuşamı!
Ya Məhəmməd Füzuli,Əsir düşüb Füzuli.Kərbəlada dua etXilas eylə bu eli.
Laçının, KəlbəcərinAtdan düşüb Həcərin.Gəncədə narahatdıRuhu Sultan Səncərin.
Gədəbəy bir qaladı,Keçidləri əladı.Burda min-min erməniÖz qanını yaladı.
Gedəndə LənkəranaGöz qoyun Xanbulana.Mənim doğma elimdir
Təbrizdən düz Zəncana.
Qazağın oxanları,O qoşma yazanları,Sərhəddə bir nər kimiQaynadır qazanları.
Sədərək verib şəhid,Naxçıvan buna şahid.Burda öz nəşi iləYurda qovuşdu Cavid.
Dərdlidi sinəm, Allah,Saralan günəm, Allah,Elə dərd var yandırırQoymayır dinəm, Allah!
Qubadlım, Zəngilanım,Başına mən dolanım.Cəbrayılım, inciməSənsən olub-qalanım.
Borana bax, qara bax,Qara bəxtli Qarabağ.«Aləm cənəttə dönsə,Yaddan çıxmaz Qarabağ».
Çadırlarda bitənlər,Doğmaları itənlər,Qoy sizə bir dərs olsunTarix olub ötənlər.
Toyları dayandırın,Milləti oyandırın.Yurduma xor baxanıQanına oyandırın.
Qələmidi qılıncı,Sevgisidi qazancı.Sizin bu Vüqar ƏhmədOlmayıbdı yalançı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-veten-bayatilari-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Heyran dağlarına mən qonaq oldumAstara-Ərdəbil yoluyla qalxdım
Vətənimi qorumağaÖlkəmin bir bucağından,İsti ata ocağından,
Gəl sevək dünyanı, duyaq dünyanıƏbədi deyilik, qonağıq, qonaq,Başını qaldırıb dünyaya bir bax,
Azərbaycan bayrağıƏn əziz, ən müqəddəsdir,Yenilməzdir türk bayrağı.
Стихи других поэтов · О родине
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Bakı vilayətin məskən edibsənBakı vilayətin məskən edibsən,Cəhd elə, elmindən olgunan halı.
Adamların çoxu həm Allahlı, həm də Allahsız olurAdamların çoxu həm Allahlı, həm də Allahsız olur. Əslində, bu cür Allahlı olmaq da elə Allahsızlıqdır. Allah bütövlük, tamlıq sevir. Elə torpaq da, Vətən də. Biz özümüz bütöv olanda Allah da bizi bütöv görəcək – Azərbaycan da Bütöv olacaq.İLAHİ, mən indi bilirəm, insanın, həm də onun vətəninin özünü harada və necə görməyi əsas deyil, əsas Sənin onu harada və necə görməyindir.
ÇəkirlərBir yandan pristav, bir yandan koxa,Biçarə rəiyyəti dara çəkirlər.