Vətənimdi
Ən əzizdən əzizimdi,Ən ləzizdən ləzizimdi,Mavi Xəzər dənizimdi,Vətənimdi, Vətənimdi.
Güllərin ən ətirlisi,Ellərin ən birincisi,Həm soyuğu, həm istisi,Vətənimdi, Vətənimdi.
Başı qeylü-qallıdı,Cənubludu, şimallıdıLəhcəsi şəkər, ballıdı,Vətənimdi,Vətənimdi.
Çox gözəldi qışı, yazı,Var muğamı, tarı, sazı,Dəli Kürü, xan Arazı,Vətənimdi, Vətənimdi.
Türk elinin ən qocası,Ölkələrin ən ucası,Qələbələr çatası,Vətənimdi, Vətənimdi.
28 may 2008
Kitabxana.az · https://kitabxana.az/ru/works/vuqar-ehmed-vetenimdi
Клавиши ← → для перехода, R — случайное стихотворение