İtlər ki, karvanındadır
Hərbdən qorxmaz o kəs ki, qeyrəti qanındadır,Düşmənindən intiqam almaq onun canındadır.
Gəl gedək əsgər, vuraq xəncər Yəzidin başına,Zalimin mərddən payı, al qanə qəltanındadır.
Əsl qeyrət sahibi rahət yatammaz bir gecə,Ondan imdad gözləyən qız ta ki, düşmanındadır.
Hərbi xidmətdən nə bilmək istəsən-məndən soruş,Varlı pul, yoxsul isə can vermək imkanındadır.
Bir zaman bostan müqəvvasın yerindən laxladar,İllər ilə atdığım daşlar ki, bostanındadır.
Torba tikməkdən keçiblər, "turba" tikmək fəndinə,Amma hər iksində məqsəd Molla yorğanındadır.
Binəva xəlqin malıynan varlanan karvanbaşın,Parçalar bir gün quduz itlər ki, karvanındadır.
Bir ovuc insan bazar zənn etdiyindən ölkəni,Hər bazar, var bir yazar ki, qulpun ekranındadır.
Tez çıxıb getsin o dövran ki, şərikdir İblisə,Tez gəlib çıxsın müqəddəs il ki, dövranındadır.
Düz qələmdən əyri çıxsa Pünhanın, yarəb, sözü,Süst olub düşsün yazan əllər ki, ünvanındadır.
25 dekabr, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-itler-ki-karvanindadir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dövrə ümid eylədik, dövran da it günündə,Alim də it günündə, nadan da it günündə
Borc içindəKasıb da borc içində, kalan da borc içində,Ölən də borc içində, qalan da borc içində.
Qudurğan olsa neynərsən?Acından millətin bir gün yarımcan olsa, neynərsən?O can üstə, sənin ömrün firavan olsa neynərsən?
«Süleümani»Bu cahanın işi bitdi – dirilitdi, dirilitdi,Ölü lütdü, diri lütdü – dirilitdi, dirilitdi.
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Ulu peyğəmbərim, Rəsulallahım!Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.