Bu cahanın işi bitdi – dirilitdi, dirilitdi,Ölü lütdü, diri lütdü – dirilitdi, dirilitdi.

Biri coşdu, biri daşdı, biri qapdı, biri qaçdı,Biri məstan, biri itdi – dirilitdi, dirilitdi, lərəlitdi.

Üzü yumşaq qaloş idi, suya düşdü padoş oldu,Təzəlikcə qranitdi-dirilitdi-dirilitdi.

Nə geyirsə o sənindi, nə deyirsə o mənimdi,Nə yeyirsə humanitdi – dirilitdi, dirilitdi.

Harın üçün yüzü azdı, kasıb üçün biri çoxdu,Görəsən bu nə limitdi? – dirilitdi, dirilitdi.

Dedi «urra» uru çıxdı, suya düşdü quru çıxdı,Quru üstə yaşı bitdi – dirilitdi, dirilitdi.

Üsul ilə, üsul itdi, ağın üstə qara sürtdü,Rejim indi usilitdi – dirilitdi, dirilitdi.

Baba Pünhan bir həyatdı, Baba Pünhan zarafatdı,Sözü duzlu, özü şitdi – dirilitdi, dirilitdi.

16 Fevral 1998 Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов