Xabi-qəflətdən kənar ol, haqq olan meydana gir,Mərd ol, meydangir ol, sən haqq ilə peymana gir.

Əsrlərdir qanına şeytan girib, allanmısan,İndi gey haqqın libasın iblisə, şeytana gir.

Ey didərgindən, fəqirdən, buz çadırdan bixəbər,Gündə bir canan ilə sən kef elə, yorğana gir.

Həndbolda biz uduzduq, kəndbolda fənd bol,İndi ta hər yan yanındır yanı tut hər yana gir.

Umma dövlətdən maaş sən bu əsrdə, ey həkim,Bir xələt tikdirginən xurcunfason, imkana gir.

Milləti «rentgen» elə, gör «göylü» ya «şirvan»lıdı,Göylülərdən çıxmasa bir şey əgər şirvana gir.

Ta qədimlərdən ki, zindandan gəlib haqqın səsi,Məsləhətdir haqq gəlincə, ey Baba, pünhana gir.

19 noyabr 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви