Kişi yox?!
Kişi var ki, kişidir, amma kişiynən işi yox,Kişi var, nakişidir, amma deyir ki, kişi yox.
Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,Kişi var, ağzı bütövdür, ama bir cüt dişi yox.
Kişi var, pullu işi, yaxşı dişi, gözdə şişi,Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.
Kişi var, arvadının xeyli vişindən buraxıb,Kişi var, arvadının dövri-qədimdən vişi yox.
Kişi var, Azərbaycanda beşindən biridir,Kişi vardır ki, evində biri vardır, beşi yox.
O qədim Ankarada Pünhana erkək dedilər,«Kişi» bizlərdə imiş, sən demə, türkdə «kişi» yox.
20 sentyabr 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-kisi-yox
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rayona düşdü «qrad» göylərə qalxdı şivənim,Gecə qaçdım Bakıya guya kül olmuş vətənim,
İt hürər, karvan keçərHeyf, mətbularda illərnən yazıb nəşr etdiyim,Haqq söz həsr etdiyim.
Qoşmaİllər pillə-pillə düşür ömürdən,Gənclikdən şirin bir xatirat qalır.
Ən yaxşı yol...İlahi, bu nə qəmdir, nə zülümdür?Ölən bülbülümdür, solan gülümdür.
Стихи других поэтов · О родине
Həyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?