Gedirik bir təzə dovranə, nu zaes poqodi,İlimiz adladı dovşanə, nu zaes, poqodi!

Keçən il «milli pələnglər» bizi «nəm-nəm» elədi,Daha yem olmarıq aslanə, nu zaes, poqodi!

Qarabağ davası bir «Yorğa»nın üstündə imiş,İlişib qaldı o, yorğanə, nu zaes, poqodi!

Sənə qaç-qaç dedilər, tazıya tut-tut dedilər,Basdılar axırı zindanə, nu zaes, poqodi!

Açginən şampanı, «əfv» eşqinə məhbuslar üçün,Salginən onları şampanə, nu zaes, poqodi!

Bağda-bostanda bizim, qalmamış olmaz kökümüz,Girərik bir gecə bostanə, nu zaes, poqodi!

Demədim mən sənə ki, at «İliçin şalbanını»?Girmisən sən yenə şalbanə, nu zaes, poqodi!

Az.TV-dən uzaq ol ki, canavar pusqudadır,Başıvu soxma bu ekranə, nu zaes, poqodi!

Bizə «top»nan vurana, biz də kəmərnən vururuq,Bizi tay eyləmə çurbanə, nu zaes, poqodi!

Yetişər dövri-qiyamət, atılar İblis oda,Oxunub hökm, həmən anə, nu zaes, poqodi!

Bizi agah eləyən Nostradamus özü də,Tapınıb İncilə, Quranə, nu zaes, poqodi!

Köçəcək cəmi müqəddəslər Ərəbdən Əcəmə,Güləcək bəxt hər insanə, nu zae, poqodi!

Sözüm haqq isə əgər, qovsa məni külli-bəşər,Çata bilməz Baba Pünhanə, nu zaes, poqodi!

25 dekabr 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов