Seyri-gülşən etsən, ey gülüzarım
Seyri-gülşən etsən, ey gülüzarım,Bülbül oxur, bağlar sədayə düşər,Xəttinə baş əyər sünbül, bənəfşə,Gül xaki-payinə fədayə düşər.
Xurşidim, xavərim, hilalım sənsən,Şirinim, şərbətim, zülalım sənsən,Fikrim, zikrim, sözüm, xəyalım sənsən,Könlüm haçan səndən cüdayə düşər.
Arizunu çəkər sahibdiləklər,Dolanıb başına dönər fələklər,Mədhin oxur ərş üzündə mələklər,Hər biri bir türfə nidayə düşər.
Xəyalındır xəyalımın həyatı,Dəhanın şəkkəri, ləbin nəbatı,Cəmalın sədqəsi, hüsnün zəkatıMənim tək binəva gədayə düşər.
İntizarın mən çəkərəm peyvəstə.Könül pərişandır, xatir şikəstə,İstər vüsalını Vidadi xəstə,Üz xakə fərş eylər, duayə düşər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vidadi-seyri-gulsen-etsen-ey-guluzarim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
DurnalarРяд за рядом, поднявшись к большим облакам,Вы зачем забрались в небеса, журавли?
DüşərSeyri-gülşən etsən, ey gül’üzarım,Bülbül oxur, bağlar sədayə düşər.
Ey hymdəmim, səni qanə qərq elərEy həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.
Стихи других поэтов · О природе
Yüzlərcə xəlq içində əgər əhli-naz ola,Mümkün deyil ki, sən kimi bir sərvnaz ola.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
KəpənəkEmin Sabitoğlu bəstələmişdir*Güllər üstə uçan, qaçan