Oyna, bu elin dərdinə, oyna, gülüm oyna,Sən oyna, mənim millətə qalxmır əlim oyna.

Susduqca bu millət dili ağzında tutuldu,Dilləndi dilim dillərə dillən dilim oyna.

Yüngül havalar məsləki yüngüllər üçündür,Oyna, bu ağır gündə mənim yüngülüm oyna.

Londonda, Parijdə kürümü erməni tıxsın,Öz neftçisinə kilkə yedirdən gölüm oyna.

Susmuş Qarabağ bülbülü, qalmış qara bağlar,Getmir ürəyimdən kədərim, nisgilim, oyna.

«Ruhani»ni dərddən dəli olmuş ana oynar,«Divani»ni sən oyna elimlə zülm oyna.

Atəşkəsə getdik ki, yatanlar yata bilsin,Məclisdə gözü bağlı qalan mürgülüm oyna.

Aldın bağımı, bağçamı, axır ki, əlimdən,Röyalara döndü üzümüm, əncilim oyna.

Bir gün Xəzərim coşsa, sular altda qalarsan,Hər yerdə sənindir hələlik sahilim oyna.

Onlarla oyunbaz oyunun oynadı getdi,Oyna, çıx oyundan ki, oyundan silim oyna.

Hər bir əməlin dəftərə mütləq olunur qeyd,Son nöqtə çatınca gedəcək, vergülüm oyna.

Az qaldı qiyamət gününə, oyna «Hop-Stop»,Məhşər günü sorğu-sualı müşkülüm oyna.

Sahib zaman ilə bitəcəkdir bu oyunlar,Az qaldı tamam olmağa, onki ilim oyna.

Pünhan, Vətənin yadlar əlində, gəlin oldu,Bir «Vağzalı» çal, mən də onunçün ölüm oyna.

20 aprel 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине