Məndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.

Çox yeri dar etmişəm, yardımı var etmişəm,«Axçini» yar etmişəm, təxtə divanə sığmazam.

Torpağı ta itirmişəm, şəhrə pənah gətirmişəm,Mərdəkanı bitirmişəm, dinə-imanə sığmazam.

Haram mənim, halal sənin, bəhər mənim zaval sənin,İynə mənim, çuval sənin, çıxsa əyanə sığmazam.

Salmışam hər yana bina, qandan əlimdə var həna,Burdan o yana bir yana, burda bu yanə sığmazam.

Əcəm düçar olub yasa, leyk nicat var hardasa,Haqq zamana sığmasa, mən bu cahana sığmazam.

Həm Baba, həm də Pünhanam, Adəm atamla bir canam,Həqq dağında vulkanam, bil ki, nihanə sığmazam.

31 dekabr 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине