Səbəbkarə şükür
Borc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
Qarabağ davası bu millətin açdı içini,Qara ağdan belə ayrıldı, səbəbkarə şükür.
Seçkilər vaxtı bir az zəhrimar atdı, yaşadıq,İndisə təkcə zəhərdir, o zəhrmarə şükür.
Nə pulum var, nə işim var, nə bir əynim, nə başım,Atmayıbdırsa mitilmi bayıra, yarə şükür.
Ağızı şorpalılar, azəri avropalılar,Öpüşürlər küçədə, ay kişi, bulvarə şükür.
Bir zaman qız-gəlinə şalvarı irad elədik,İndi gündəyməzi vitrindədi, şalvarə şükür.
Heç fikir çəkmə ki, testdən kəsilərsən, a bala,Onu da qurdalayırlar, neçə dollarə şükür.
Mənə can borcunu faizlə veribdirsə Xuda,Onu Pünhandan alıb yüz ilə qurtarə şükür.
13 iyun, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-sebebkare-sukur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Düşmüşük bir dövrə ki, dövranə tab istər könül,Ağlamaqçün bir-iki yaylıq, bir də qab istər könül.
Şillə qiyamətəyçənNeynəyirsən, eylə qiyamətəycən,Ömr külüni iylə qiyamətəycən.
Urra!!!Urra! Mənə urra! Sənə urra! Ona urra!Urra! Bizim əvvəlimizə urra, sona urra!
Qətl ilə zindan arasındaAvropa qoyub türkü iki can arasında,Hakim də qalıbdır iki fərman arasında.