Vətənimiz bir xəzansız bağçadır,İllər boyu nobaharı var onun.Yam-yaşıldır ağacları, gülləri,Hər fəsildə min nübarı var onun.

Anamız sənsən,Canımız sənsən,Elin şöhrəti,Sözü, söhbəti,Ey əziz vətən.

Döyüş günü yad bağrını qanadan,Qüdrətilə od çıxaran dəryadan,Şiş dağları özülündən oynadan,Fərhad kimi övladları var onun.

Anamız sənsən,Canımız sənsən,Elin şöhrəti,Sözü, söhbəti,Ey əziz vətən.

Ellərimiz toy paltarı geyinsin,Vətənimiz fəxr eləsin, öyünsün,Onun qəlbi qəlbimizlə döyünsün,Xalqım kimi havadarı var onun.

Anamız sənsən,Canımız sənsən,Elin şöhrəti,Sözü, söhbəti,Ey əziz vətən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине