Şəhərin «mer»inə halal olsun!
Şəhər həmin şəhər idi... İnsanlar da... Bəs hər yerdə hökm sürən qeyri adiliyin səbəbi nəydi? Anlaya bilmirdim. Bəlkə təbiət dəyişmişdi? Yox, o da öz rəngində, öz adiliyində görünürdü. İnsanların üzündəki, hüzn məni çaşqınlıqda qoymuşdu. Müharibə başlamışdımı? Özgə bir fəlakət baş vermişdimi? Qoşun-qoşun başıma gələn suallar cavabını almadan elə qoşun-qoşun da çıxıb gedirdi.
Dağüstü parkdan aşağı enirdim. Bütün şəhər ayaqlarım altındaydı. Gülüstan sarayına yaxınlaşırdım. Deyəsən toy idi. Ətrafda xarici maşınların əlindən tərpənmək mümkün deyildi. Adamların toya gəlməsi onların yalnız gözəl və bahalı geyimlərindən bilinirdi. Üzlərinin ifadəsi isə yasa gələnləri xatırladırdı. Bu qeyri-adiliyə marağım artmağa başladı. Gələnlər intizar içində idi. Deyəsən bəylə-gəlini gözləyirdilər. Nəhayət, vağzalı səsi eşidildi. Və gül-çiçəklə bəzənmiş «Limuzin» markalı maşın saraya yaxın yerdə saxladı. Əvvlcə bəylə-gəlin, sonra sağdış və soldış maşından düşdülər. Onların üzündəki sevinc bircə anda əridi, yox oldu. Mən başımı qaldırıb «Gülüstan» sarayının yanında çox böyük ölçüdə quraşdırılmış reklamı görüncə içim yandı. Və mənə hər şey aydın oldu. Reklamda ağ paltarda, başında «fata» gözəl bir gəlinin gözü qabağında ermənilər bəyin əl-ayağını bağlayaraq, qurbanlıq qoyun kimi başını kəsirdilər. İlahi, bu gördüklərim nə idi? Gerçəkdimi, ilğım idimi, başa düşə bilmədim. Bu reklamı bura kim vurmuşdu, nə səbəbə vurmuşdu?
Birdən-birə beynimə aşkarlıq gəldi. Hər şeyi anladım. Və şəhərin «mer»inə halal olsun dedim. Xeyirlə-şər həmişə qardaş olub. Evlənmək təbiətin qanunudur. Fəqət torpaqları əlindən gedən, kişilərinin papağı yerə soxulan, qızlarının namusu tapdalanan bir ölkədə toy-büsat qanunları əlbəttə ki, başqa zamanlardan fərqlənməlidir. Və birdən yadıma düşdü ki, axı, Aşura gününün axşamı, yəni İmam Hüseynin və 72 şəhidin qətlindən bir gün qabaq Həzrəti Qasimin də toyu olub.
Bəli, şəhərin «mer»inə halal olsun! - dedim. Bəy-gəlin, sağdış, soldış və musiqiçilər içəri daxil oldu. Qəribə idi ki, toya gələn adamlardan heç biri yerindən tərpənmədi. Onların arasında bir neçə nəfər çıxıb xarici maşınlara oturdu və hara isə sürüb getdi. Qayıtmaqları çox çəkmədi. Onlar özləri ilə beş-altı avtobus adam gətirdilər. Avtobusdakılar, yetim uşaqlar, kimsəsiz qocalar, aylarla çörək tapmayan insanlar idi. Nə yaxşı ki, dünyada yaxşılar var imiş. Nə yaxşı ki, dünya yaxşılardan xali deyilmiş. Onları içəri dəvət etdilər. Hamı ləziz yeməklər düzülmüş stolların arxasında oturdu. Toy başladı. Mən hələ belə toy görməmişdim. Bayırdakı adamların yalnız indi üzlərində təbəssümlər oynamağa başladı. Musiqi sədaları altında yetim uşaqlar rəqs edirdilər. Məmurlar şabaşları sel kimi onların başına töküb, deyirdilər «hamısı sizin». Hamı xoşbəxtlik içində idi. Hamı bəy-gəlinə səadət arzulayırdı. Oğul-qız arzulayırdı. Bu, ürəkdən gələn istəklər və arzular idi. Bu, həqiqətən, Allah-Təalanın eşidəcəyi diləklər idi. Bu, sərxoş olub deyilən tostlar deyildi. Bu, ac insan qəlblərinin dərinliyindən qopan səmimi sözlər idi. Bu arzulardan həyata gələcək körpə oğlan uşağı böyüyüb Vətən xaini, yaltaq, fərari ola bilməzdi. Bu arzulardan həyata gələcək qız uşağı namuslu, abırlı, kişi qeyrətli bir azərbaycanlı qızından başqa bir qız ola bilməzdi. Bəli, halal olsun bu reklamı düşünüb quraşdıran şəhərin «mer»inə. Ürəyim fərəhlə dolu idi. Keçirdiyim qeyri-adi hisslərdən, duyğulardan sanki sərməst idim. Bu bir cənnət sərməstliyinə bənzəyirdi.
«Azərbaycan» kinoteatrının yanına, «Fəvvarələr bağı»na gəlib çıxdım. Restoranların, barların bol olan yerinə. Maraq xatirinə onlardan birinə girdim. Burda da qeyri-adilik idi. Bir tərəfdə varlı adamlar yeyib içirdi. O biri tərəfdə isə fəqir-füqəra. Amma hamının yeməyi eyni idi, hamının içdiyi eyni idi. «Ofisiant»dan soruşdum ki, qızım, bəs onların yeməklərinin pulunu kim verəcək? Dedi, həmin varlı adamlar tərəfindən ödəniləcək. Fəqirlər onların dəvəti ilə gəliblər. Bizim restoranının qanun-qaydalarını divarlarda asılan lövhələrdə oxuya bilərsiniz. Oxudum, çox qəribə idi. Orada belə yazılmışdı: «Restorana gələn hər bir varlı adam özü ilə iki kasıb gətirməlidir, əks təqdirdə restorana buraxılmır». Əcəb qanundur. Şəhərin «mer»inə halal olsun! - dedim. Restoran son dəbdə tikilmişdi. Amma divarlarda həmişəki reklamlar gözümə dəymirdi. Yarı çılpaq qızlar, nə bilim nələr... nələr...nələr... Onların yerinə peyğəmbərin yemək haqqında dediyi kəlamlar yazılmışdı. «Fəvvarələr bağı»nın dövrəsindəki xarici siqaret, «Koka-kola», «Fanta» və bu kimi reklamlar götürülmüş və onların əvəzində müharibədə dağıdılmış kəndlərimizin rəsmləri çəkilmişdi.
Gənclikdəki meydanda qurulan reklam adamı dəhşətə gətirirdi. Reklamın adı «Xocalı müsibəti» idi. Ətrafda olanların hamısına bir-bir nəzər salırdım. Hər kəsin üzündə dərin intiqam hissi duyurdum. Varlının da, yoxsulun da, alverçinin də, kabab satanın da... Reklamda çəkilən, ermənilər tərəfindən süngülərə keçirilmiş körpələr insana intiqamdan qeyri bir hisslər gətirə bilməzdi. Gəncliyin yanacaqdoldurma məntəqəsi tərəfdə, xarici maşınların satılan yerində çox qəribə bir reklam gördüm. Gərək ki, əvvəllər burda amerikan Kovboyunun dodağında «Kemel» siqareti olan reklam var idi. İndi isə bu reklam cərgə ilə bir-birinin yanında oturmuş bizim əlsiz-ayaqsız müharibə əllillərimizin təsviri ilə əvəz olunmuşdu. Və üstündə belə yazı var idi: «Xarici maşın alan hər kəs, bir müharibə əlili üçün Almaniyada istehsal olunmuş əlil arabası almalıdır, əks təqdirdə maşınlar satılmır». Şəhərin «mer»inə halal olsun dedim. Mənim nəzərimi cəlb edən qeyri-adi heylərdən biri də restoranların girişində qoyulan çox nəfis şəkildə düzəldəilmiş qutular idi. Bunların üstündə belə yazılmışdı: «Müharibə əlillərinə kömək edən hər bir şəxs bilməlidir ki, onun sağlam olan əli, qolu, ayağı həmin əzalarını itirən əlillərin hesabınadır». Şəhərin «mer»inə halal olsun! – dedim.
Mərkəzi küçələrin biri ilə getməyə başladım. Mağazalar, restoranlar bir-birini əvəz etdikcə «Fudçi film» yazılan bir şəkil çəkilən yerin qarşısında dayandım. Girəcəkdə asılan reklam nəzərimi cəlb etdi. Reklam belə idi: «Əsil kişilər burda şəkil çəkdirir». Maraqlanıb içəri girdim. Gördüm çox nazik tellərlə havadan bir kişi papağı asılıb. Şəkil çəkəndən soruşdum ki, bu nə məsələdir? Dedi ki, bizim aparat şəkli kompüter sistemi ilə çəkir. Yəni, bu papağın altına girib şəkil çəkdirən adam əsl kişidirsə, şəkli başı papaqlı çıxır, əsl kişi deyilsə, şəkli başı ləçəkli çıxır. Çox qəribə aparatdır – dedim. Pay atonnan, texnikaya bax a! Heç kişi ilə nakişini bir-birindən ayıran aparat Şəkil çəkəndən soruşdum ki, heç indiyə kimi başı papaqlı bir şəkil çıxıbmı? Dedi son bir ildə minə yaxın əkil çəkdirən olub. Onlardan ikisinin şəkli papaqlı çıxıb. Qalanları isə ləçəkli. Onları atmışam arxivə. Bir də əlavə etdi ki, yuxarılardan gələn əmrə görə, 1999-cu ilin sonuna qədər bütün «Füçi film»lər bu aparatdan alacaq.
Və bütün şəkillər şüşələrə vurulacaq. Dedim onda həmin adamlar biabırçılıqdan Bakını tərk eliyib gedər ki?! Dedi, yəqin məqsədləri əsl kişiləri aşkar eləməkdir. Axı söz-söhbəit var ki, ermənilər yenidən müharibəyə başlamaq isləyirlər. Ona görə də onların qabağına çıxmaq üçün kişiləri saf-çürüu eləyirlər ki, atəşkəsdən əvvəlki kimi xainlər, torpaqsatanlar olmasın.
Mərkəzi univermaqdakı reklamlar da maraqlı idi. Hər mərtəbədə koridorunun tavanından iri hərflərlə yazılan belə reklamlar asılmışdı: «200 dollar qiymətində kostyum alan hər kəs, əlavə olaraq bir yetim uşaq üçün 20 dollarlıq pal-paltar almalıdır». Şəhərin «mer»inə halal olsun! - dedim.
Yanaqlarımı yandıran isti göz yaşları, bayaqdan bəri gözlərimin önündəki ilqımları sahilə çırpılan dalğalar kimi sildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-seherin-mer-ine-halal-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Küçələrə su səpmişəm)Ürəklərə xof səpmişəm,
Məntiqi nəticəBir qadın varlanmaq məqsədi ilə ingilisə ərə gedir. İstədiyi baş tutmadığından bir neçə aydan sonra boşanıb, almana gedir. Yenə işi düz gətirmir deyən, ayrılır. Axırıncı dəfə zənciyə ərə gedib boşananda, məhkəmədə hirslənərək belə deyir:– Əşşi, kişinin ağına da lənət, qarasına da!
Tarix təkrar olur1905-ci ilAllahverdi səngərdən başını çıxarıb:
TəbriklərHörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.
Стихи других поэтов · Сатира
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
Al qələmə“Yoxdur eybim, – desə hər kim, – məni tənqid eləmə”,Baxma, bic tülküdür, ay Kirpi dayı, al qələmə.
Səni aləmdə, ey arami-can, hər kim zəlil istərİsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər