Anam Suğranın əziz xatirəsinə

Məzarının başındanKəsilmədi ayağım.

Keçdi günlər, həftələrİslandı kipriklərim,Qurumadı yanağım.Keçdi günlər, həftələrƏbədi həsrətinləAlışıb yana-yana.Sənsiz bir ovuc küləDönmək istədimAna, ay ana!Dedilər səbirli ol...Çoxdur yetim sənintəkAxı, kimin anasıDünyadan getməyəcək?Eşitmək istəmədimTəsəlli verənləri,Təsəlli unutdurarBəlkə ayrı kədəri.Vaxt ötdü, il dolandı.Heç bilmədim, gözümünYaşı necə dayandı.Mən necə sakit oldum?Mən necə aram oldum?

Dedim, güldüm, danışdım,Dərdsiz bir adam oldum.Üstündəki təpəniYağış yudu, apardı.Dövrəndəki gülləriKülək yoldu, qopardı.Sən gecələr gözünüZilləyirdin yorğana.Birdən bir az sürüşər.Birdən üstümdən düşərAna, ay ana!Sən məni tərk edəli,Bu işıqlı cahanaYüz dəfə günəş doğub,Yüz dəfə axşam düşüb,Mənim dərdimi boğub,Mənim gözümü silibTəbiətin öz əli,Həyatın öz axarı.Mənim üçün çırpınanO müqəddəs qəlbininSahilsiz arzuları.

Axı, sən özün mənəDemişdin dönə-dönə,“Gedən quru bədəndir”,Ana, ay ana?Ruhun əbədi köçübQəlbimdəki cahana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов