Tufan səsi
Qayalara dəyən dalğaToza dönüb sovrulur.Qayaların oyuğundaSular yanıb-qovrulur.
Tufan coşur, dəniz coşur,Təslim olmur heç biri.Çopur-çopur qayalıqdanSeyr edirik Xəzəri.
Biz sükutla dayanmışıq,O qaynayır, o daşır.Külək vurur, saçlarımızBir-birinə dolaşır.
Üstümüzə əjdahalar,Divlər gəlir elə bil.Hər dalğada ayrı görkəm,Hər dalğada bir şəkil,
Dəniz səpir üstümüzəMilyon almaz zərrəsi.Qəlbdə sükut, çöldə tufan,Yerin, göyün nə’rəsi.
Gözlərimi gözlərindənÇəkməyirəm bircə an.Sənə baxan gözlərimiQırpmaz nə yel, nə tufan.
Nə sən mənə, nə mən sənəBir kəlmə söz demirik,Yox, yox, biz ki, danışırıqNə sükut? düz demirik.
Nə tez gəldi-getdi bir il,Sanki ötdü saat, an...İlk görüşə çıxanda daGurlayırdı bu tufan.
Onda biz də coşğun idikBu havatək, bu sutək;Baxışımız atəş dolu,
Gülüşümüz gül-çiçək.
Yox, yox, onda qapılmırdıq,Xəyala biz, fikrə biz.İlk vüsalın ilk odundanOd tuturdu qəlbimiz.
Tufan yenə gurlayacaq,Dəniz yenə coşacaq.O, dənizə, dəniz onaSonsuz mahnı qoşacaq.
Lakin bizim həvəsimizSoyuyacaq, sönəcək.Təlatümlü ürəyimizDurğun gölə dönəcək.
Bəlkə bir də bu sahildəAyanmadıq birgə biz,Yuxuda da görüşməyəHəsrət qaldı qəlbimiz.
Səndən ayrı günlərimdəBura sənsiz gələrəm.Qulağımda tufan səsiAğlayaram, gülərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-tufan-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Xaliqi-ləmyəzəl edəydi imdad,Həsrət gözüm intizarı gələydi.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
GözəlimEy nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!