Birinin başını deşirik,Deş ki, deşəsən, deşəsən...Birinin gorun eşirik,Eş ki, eşəsən, eşəsən...

Birinə yaxırıq qara,Yax ki, yaxasan, yaxasan...Birini sıxırıq divaraSıx ki, sıxarsan, sıxarsan...

Biri gözümçıxdıdadır,gözünü ov ki, ovasan...Birinin bağrın çatdadır,Atdöşü qov ki, qovasan...

Birinin yaxşı sözünüYamana yoz ki, yozasan...Birinin tamam özünüHər yerdən poz ki, pozasan...

Birini də dağ başınaHa qaldır ki, qaldırasan,Gövhər deyib çay daşına,Satdırasan, aldırasan.

Birini də döndəririkÖvliyaya, övliyaya.Tanımırıq nə mən, nə sənOnu guya, onu guya?!

Niyə gözə dürtə-dürtə,Gözdən salırıq birini?!

Tə’riflərlə sürtə-sürtəÜzdən salırıq birini?!

Birini döndərib şaraÜfürə-üfürə partdadırıq.Birini salıb azaraÇərrədirik, çatdadırıq.

O da zülm, bu da zülm,O da ölüm, bu da ölüm.Tərəzidir ağıl, kamal,Çəki daşı - insafla, haqq.

Tez-tez özündən xəbər al,ki... nədir haqq, nədir nahaq?

noyabr, 1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов