həmin yer Bakının Digah və Məhəmmədi kəndlərinin arasındadır

(lirik poema)

Deyirlər ki, bir çobanın çaxmaq daşındanÇınqı düşdü, o gündən də oldun Yanardağ.Bəli, qoca dünyamızın körpə yaşındanÇox zərurət təsadüfdən doğulur ancaq...

Çoxdan, çoxdan atəş vardı köksündə səninGörünməyən gərək deyil fəqət heç kimə.Bir əjdaha uyuyardı köksündə səninOyanıb od püskürməkçin bənd imiş himə...

Məcnun kimi, Kərəm kimi elə hey yanır,Şö’lələrin vecə almır nə yağış, nə qar.Bu gün sənə gəlib baxan bir də inanırBu torpağın allahıymış odlar, alovlar.

Sanki elin toy şamları, bayram şamları

Yandırılıb xınalanmış əllərlə burda.Neçə-neçə cavan gəlin, ağbirçək qarıBu odlara ürək açıb illərlə burda.

Bu gün mən də elə bura sözlü gəlmişəm.Ruhum, canım Yanardağda od tutub yanır.Yanardağa yaraları közlü gəlmişəmKöz... xatirə... zaman -- əqrəb geri fırlanır.

Yel üfürür Yanardağı, odlar qıvrılır,Tək-tənhayam hənirtilər əhatəsində.Qırıq əhd-peymanlardan qəlbim qırılıb,Sıxılıram qüssə-kədər əhatəsində.

Yanardağı hər fəsildə görmüşəm mətinBu tufanlar, vıyıltılar səltənətində.Qol qoyuram təsdiqinə bir həqiqətin -Dağ-daşın da bütövlük var xasiyyətində.

Bir sinədə neçə məş’əl - neçə alov gül.Bir ananın qucağında neçə od-uşaq.Bu alovlar qoruğundan müşküldü, müşkül,Bircə yanar qönçə dərmək, od oğurlamaq.

Bir az əvvəl burda mənə “qardaş” deyəninXəyalıma gətirirəm dönük üzünü.Bir gün məni görməyəndə bərk inciyəninKülək sildi ləpirini, sildi izini.

Hanı burda şairləşib, o “ilhamlanan”“Od gəlini”, “Odlu diyar”, “Zevs, Prometey?!”Nəni bax bu Yanardağın Kolumbu sananYoldaşları səsləyirəm: eheheyy... eheyy...

Yanardağdan bir az gendə, maili düzdəİbrətamiz, vahiməli qəbir daşları.Daşlar deyir: “Axtarırıq, gəzirik biz dəYoldaşlığın daşın atan bu yoldaşları”.

Günəş batıb, qaş qaralıb, düşdükcə axşamBir səhnəyə, tamaşaya dönür Yanardağ.Bu büsatı gün-günorta görmür hər adamNuru zülmət səltənəti tanıdır ancaq.

Su yandırmaz, od söndürməz biri-birini,

Təzadların çarpazında tutmuşuq qərar.Təzə deyil, kəşf deyil bu söhbət yə’ni.Ancaq elə köhnədə də bir təzəlik var.

Bir söhbət də cəlb eylədi fikrimi bu dəm,Mə’lum şeyi xatırladım qoy bir də sizə.Bir çıxanda, bir batanda fikir vermişəm:Günəş özgə təntənəylə görünür gözə.

Heç günəşi sevməmişəm mən günortada,Sanki bu dəm o boğulur öz işığında.Qıy gözünü, bax günəşə tən günortada,O aləmdir səhər-axşam yaraşığında.

Günortalar nə mə’nası bax Yanardağa,Olsa belə atəş həmən, mahiyyət həmən.Fikri bir az ayrı cürə dolandırmağa,Bir az qeyri-adilik də istəyirəm mən.

Axırıq boz axınında adiliklərinAdilikdə özgə bir şey çətindi görmək.Neçə odun, neçə əzmin, neçə hünərin

Təsdiqinə qeyri-adi bir məqam görək.

Qaranlıqda baxır sərraf brilyanta da,Qaranlıqla üzləşdirir onun bərqini.Günəş dolu, işıq dolu açıq havadaHər parıltı solğun olur, gəzmə fərqini.

Yanardağın qabağında dayanmışam tək,Bürünmüşəm qaranlığa - yapıncım gecə,Yanardağın ocağında mən isinərəkİsindikcə, qızındıqca əsirəm necə.

Min doqquz yüz yetmiş altı... yetkin bir zaman.Kürreyi-ərz düymələrlə dönür, dolanır.Kamalıyla xarüqələr yaradan insanHansı hissə, təlqinəsə bə’zən inanır.

İnanmağın nisbəti var, bu başqa söhbətTəsəvvür də, təxəyyül də əqlin qanadı.Ən heyrətli mö’cüzəni yaradır əlbətBöyük şair təxəyyülü, alim inadı.

Aman, aman bu nə işdir, bu nə qəziyyə,Od içindən əl eyləyir bir xanım mənə.Gör vüsalı nə şəkildə verir hədiyyəYanğınıma tab etməyən hicranım mənə.

O, dayanıb tonqalların gur çevrəsində,Od sarılır əndamına xışıltılarla.Sanki çimir qızıl-qızıl nur çeşməsində.– Gəl, mənəm də, qorxma - deyir pıçıltılarla.

– Gəl, yanası, odlanası nəyin qalır ki,Elə yanıb getməmisən bir də yanasan.Köksün altda bircə ovuc köz qaralır ki,İşıldamaz üzərindən əssə də tufan.

Bu asudə bir yerdi ki, dedi-qodusuz...Hicranın yox, gəl vüsalın odunda yanaq.Tilsimləyək, ram eyləyək qorxunc odu biz,Bir yanıqlı laylay çalsın bizə Yanardağ.

Başım üstə ulduzların gümüş şabaşı,Qənşərimdə Yanardağın min zəbanəsi.

Beş addımda mən görürəm tanış göz-qaşı,Eşidirəm od içindən o tanış səsi:

– Mən odda od, mən suda su pərisiyəm, bil,Meşələrdə meşələrin ilahəsiyəm.İstəyirsən isa kimi göylərə çəkil,Dörd dövrəndə ay-ulduzam, gün haləsiyəm.

Bu torpağın hər boşluğu odla dolan təkMən də sənin qəlbindəki boşluğa doldum.Bir qığılcım bu ətrafı oda salan təkMən də sənin yanmağına bəhanə oldum.

Gəl, açmışam qollarımı, atıl odlara,Dönür külə, doğur küldən səməndər hər an.Qorxma, odu od yandırmaz qatıl odlaraOd içində çırpınmırmı bu odlu cahan?!

Yoxsa sən də inandın ki, yanan bu dağdır,Yanan sənin ürəyindir, mənim qürurum.Qəlb odunda bu qürurum gül açacaqdırMənə qənim kəsilmişdir, qənim, qürurum.

Gözdən itir od pərisi, qapanır pərdə...Yanardağın tonqalları yanır çata-çat...Qoca nənəm deyərmiş ki, bu həndəvərdəCin-şəyatin dəf-dumbulla qurarmış büsat.

Gözüm açıq, fikrim aydın, düşüncəm sərrast,Həqiqətin əksi deyil xəyal, bəs nədir?Həqiqətdə gördüyünə adam gələr rast,Əsli yoxsa, şəkil, surət bir əfsanədir.

Novxanıdan, Pirşağıdan aşikar gəlir,Gəlir dəniz hənirtisi, dəniz nəfəsi, -Yanardağın üzərinə dalğalar gəlirXəyalımda odla suyun qaynar həmləsi.

Sübhə yaxın xəzri qopur, üşüyür gecə,İsinməkçin Yanardağa sinir asiman.Yerin-göyün damarına düşür vicvicə,Ətraf odun ətrafında sıxlaşır bu an.

Əllərini Yanardağa tutur Abşeron,

Həm qızınır, həm diləyir xəzridən imdad.Qırmaclanır bağ-bağçalar, batır abşeron,Abşeron gül üstündədir, axı bu saat.

Əncir-üzüm, püstə, badam, heyva, nar yanır,Tumurcuqlar vıyıltıda qovrulub gedir.Doğulmamış ölənlərçin Yanardağ yanır,Qol-budaqlar şırıltıyla qırılıb gedir.

Gözüm qalır alovların çaxnaşmasında,Ayaq tutur, qanad taxır, dil açır atəş.Gözüm qalır odun oda sarmaşmasında,Şaxələnir, mavi-mavi gül açır atəş.

Qızıl odlar yallı gedir verib əl-ələ,Qızmar zəncir həlqəsi tək bir-birinə bənd.Sən onların birliyinə fikir ver hələSoldu nədir, söndü nədir, od oda peyvənd.

Xəzri coşur, od törəyir oddan daha da,Yerdən çıxır bir alovun min bir pöhrəsi,Sanki bir him lazım imiş Yanardağa da,

Bağrı yansın lalələnsin onun çöhrəsi.

Güclü şö’lə qanadının altına alırZəif, körpə quşcuğaz tək titrək şö’ləni.Adam ata-anasını yadına salırBax, onlar da yana-yana qorumuş səni.

Sən bir ora, o tərəfə fikir ver hələ,İki şö’lə bir xırdaca şö’ləyə həyan.Külək odlar cəbhəsini yarsa da belə,İki şö’lə seçilməyir ata-anadan.

İki şö’lə yaxşı bilir, yaxşı qanır ki,O körpəcə şö’lədədir nuru onların.İki şö’lə bir inamda havalanır ki,Sönüb külə dönməyəcək, qoru onların.

Ata-ana! Elə biz də qoşa şö’ləyik.Balamızın başı üstə hər göz qırpımı.Biz şö’ləyik, biz məş’əlik, şamıq hər nəyik -İki ruhun, iki canın yanar çırpımı.

Qoruyuruq yana-yana gül balamızı,Keşikçiyik - ürəyimiz fanarımızdır.Ömrümüzün xəzanında gül butamızıŞehləndirən bizim sevinc yaşlarımızdır.

Fanar dedim, bir də baxdım mən YanardağaSanki onu göydə gördüm heyrət içində.Valeh oldum min qəndilli bu fanar dağa,İşıq salır abşerona zülmət içində.

Töksün yağış, ələnsin qar, tərpənsin külək.Duman gəlsin, dolu vursun, yanar biaram.Aləm bilir sönən deyil bir yanar ürək,Aləm bilir sönən deyil haqdan yanan şam.

Vay halına ağ neftə möhtac fitilin,Vay halına üfürülən manqal közünün.Vay halına şüşəlikdə bitən şitilin,Vay halına qum üstündə ayaq izinin.

Vay halına geci-tezi tükənənlərin,Vay halına bu dəhşəti qanmayanların.

Vay halına fitil gözü tükənənlərinVay halına yelləməsən... yanmayanların...

Xoş halına öz içindən bağrı yananın,Yanar qəlbə yaxın gəlməz ilan, qurbağa.Xoş halına odlar doğan Azərbaycanın,Bu Yanardağ bir qardaşdır min Yanardağa.

Xoş halına igidlərin, qəhrəmanların,Xoş halına şanlı, şəhid müqəddəslərin.Bu torpaqda yatanların, yatmayanların,Xoş halına yad eldə də doğma kəslərin.

Babəklərin mö’cüzəyə dönmüş vüqarı,Mehdilərin gül-çiçəkli qərib məzarı.Qürurundan kədərindən səni yandırır,Səni alov - heykəl kimi mə’nalandırır.

Nəsimilər inadının rəmzi Yanardağ!Füzulilər fəryadının əksi Yanardağ!Vətəninə həsrətlərin həsrətiylə sənUzaqların zülmətinə nur çiləyirsən.

Ərənlərin ürəyidir Yanardağlarım,Oğulların şərəfinə əbədi məş’əl.Azərbaycan, ana yurdum, odlar diyarım.Atəş dolu ürəyinlə min dəfə yüksəl!

Sübh açılır, xəzri gedir sübh yuxusuna,Çırpınmaqdan əldən düşüb yatır alovlar.Al fəcrdən bayraq sancıb öz yaxasına,Göy qızarır, qızartıda itir alovlar.

Böyük olur çılğınların təvazösü də...Boy göstərən al günəşdən utanır odlar.Yaxşı görür yerin üzü, göyün üzü də,Təvazödən qızartıya boylanır odlar.

Təvazö də fitrətdədir, cövhərdədir, bil!Qondarmaya dəxli yoxdur bu xasiyyətin.Qondarma öz təsdiqiyçin soxar gözə mil,Həyasızlıq təvazöyə bürünər çətin.

Azərbaycan - çınqısından vulkanınacan,

Azərbaycan - çeşməsindən ümmanınacan,Azərbaycan - dahisindən adisinədək,Azərbaycan - fəhləsindən aliminədək,

Azərbaycan - babəkindən əsgərinədək,Azərbaycan - Şahdağından, düzlərinədək,Tarixlərin yarpağında təvazölüdür,Hər anında, hər çağında, təvazölüdür.

Körpə, yaşıl çəmənlikdə nəhəng lalə tək,Mən baxıram bağrı yanıq Yanardağıma.Qürur ilə baş əyirəm səcdə edərəkBu elimə, bu obama, bu torpağıma.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов