Mənim ürəyimdəSirrlər yatır...Sahilə danışsamDərya biləcək.Qabilə danışsamDünya biləcək...

Mənim ürəyimdəSirrlər yatır...Şehə pıçıldasamÇiçək biləcək.Mehə pıçıldasamKülək biləcək.

Yaxşı saydığımınSirrini açsamYaxşı öləcək...Yaxşı yaman imişHamı biləcək.

Mənim ürəyimdəSirrlər yatır.Necə açım deyim?Aça bilmirəm.Açsam-yerim yoxduQaça bilmirəm.Üzü gülənlərinİçi qan ağlar.İçimdə lal olmuş

Bir vicdan ağlar...

Çöldə səxavətiGöz qamaşdıran,Çöldə nəcabətiİz dolaşdıran,Çöldə hərarətiQazan daşdıran,Evdə rəzaləti,XırdaçılığıFikir dumanladan,Ağıl çaşdıranXəsisin sirrini,Nacinsin sirriniNecə açım mən?

Mənim ürəyimdəSirrlər yatır...Günə pıçıldasamGün saralacaq.Aya pıçıldasamAy qaralacaq.

Namussuz namuslubilir özünü,Onun nə cür’ətlə,Nə ixtiyarlaNə dəlil - sübutlaAçım gözünü?

Mənim ürəyimdəsirrlər yatır...Ərə pıçıldasamArvad yanacaq...Arvada söyləsəm,Ər odlanacaq.

Müqəddəs sirr dəDüyündür axı...Müqəddəs bir sirriNecə açım bəs?Açsam allah haqqıİnanmaz heç kəs.

Mənim ürəyimdə

Sirrlər yatır...Gizli satqınlığaBəs necə dözüm?Bu sirlə nə sayaqDolanım - gəzinim.

Mənim ürəyimdəSirrlər yatır...Açsam neçə evdəZəlzələ qopar.Onsuz da ömrün dəAxıra çatır,Şair, sirrləriÖzünlə apar!..

Mənim ürəyimdəSirrlər yatır...Sısqaca bir çayaDanışsam əgər-Çay selə dönər,Vallah, tab gətirməzNəhəng körpülər.

Sirli yaxşılığı,Sirli pisliyi,Lap xeyirxahlığı,Lap xəbisliyiNeyniyim, heç kiməDanışmaq olmaz.Mənim ürəyimdəSirrlər yatır...Qovrul cızhacızla,

Yan, korun-korun.Aşkar tüstülənibAlışmaq olmaz.

Mənim ürəyimdəSirrlər yatır...Açarı qırxıncıOtaqda qalır.Yox, ordan götürübGöyə atmışam.Kəhkəşan yolunda

Uzaqda qalır.24 aprel, 1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов