Təsəlli
Bir şəhərin suyundan sən də, mən də içirik,Küçəsindən, bağından sən də, mən də keçirik.
Gəzə-gəzə çıxırıq sən də, mən də sahilə.Baxışımız zillənir bir çiçəyə, bir gülə.
Qız qalası önündə sən də, mən də donuruq,Sehirli bir aləmə sən də, mən də yanırıq.
Bəlkə elə necə yol səhər-səhər, ya axşamAddımının yerinə addımımı qoymuşam.
Əlin dəyən budaqlar toxunubdur əlimə.Dediyin bir söz gəlib o məqamda dilimə?
Bəlkə hamı yatanda bir xəyala getmişik.Eyni anda biz Ayı Xəzərdə seyr etmişik.
Bəlkə... bəlkə... bəlkədən, xoş xəyaldan nə fayda?!Aramızdan çay keçir – mən burda, sən o tayda.
Çatmaz, çatmaz, bilirəm, sənə arzumun əli,Fəqət təskinlik olur qəlbimə bir təsəlli:
Bir şəhərin suyundan sən də, mən də içirik,Küçəsindən, bağından sən də, mən də keçirik...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-teselli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Mahnı. Musiqisi Zöhrab Abdullayevindir)*Sahil sakit... çəkilibdir ayaqlar,
Eşqimin növrağı(Mahnı. Musiqisi Hacıbaba Hüseynovundur)*Könlüm düşdü diyar-diyar
Qonşu olmaq istəmirəm(Mahnı. Musiqisi Telman Hacıyevindir)*Axşam... tarla yolu... bir qız, bir oğlan;
Cavabından qorxuramSəhər-axşam biz işə,Evə qoşa gedirik.