Yanıb-sönən işıqlar
Ərəblər yığılmış sahil boyunca,Açırıq dost kimi ürəyimizi.Danışıb-gülmədən hələ doyuncaBu gecə ayrılıq gözləyir bizi.
Bizi göyərtəyə səsləyir gəmi,Sahildən üzülmür ayaqlarımız.Baxıb üzümüzə ərəb səmimiEv yiyəsi kimi edir dil-ağız.
İzdiham gurlaşır – o, Nil çayıdır,Yoxsa qopub gəlmiş Misir yerindən?
Salam busələri gəlib qayıdır,Baxışlar ayrılmır biri-birindən.
Bizə ləzzət versin, xoş gəlsin deyəBiri rəqs eləyir, biri əl çalır.Biri muncuq, gözlük verir hədiyyə,Biri sevgi dolu xoş nəzər salır.
Burda unudulmaz bir adət də var:Əziz qonaqları yola salandaGöz vurur sahildə parlaq işıqlar,Gah sönüb, gah da ki, yanır bir anda.
Qaranlıq guşədə əl fanarları,Sahil evlərində neçə pəncərə,Belə yanıb sönür –Bu gecə yarıƏlvida şöləsi düşür şəhərə!
Siqnallar nə deyir – sürücü anlar,Özü də səs verər min bir həvəslə.Bu gün sıra ilə duran maşınlar“Yaxşı yol!” söyləyir siqnal səsilə.
Ayrıldıq limandan biz nur içində,Dualar oxudu musiqi bizə.Qabardı sevgilər nurlu gecədəAxdı dalğa-dalğa, axdı dənizə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-yanib-sonen-isiqlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Son günlər üzünü qəmli görəndəKönlümə od salır bu halın sənin.
NişanlıQonşuda bir qız var çalıb-çağıran,O, təzə bir mahnı oxuyan zaman
Səhər-səhərŞirincə qar yağır, otağım isti,Sən də öz nurunu saç səhər-səhər.
Əbədiyyətin bir anıDedi: “gələcəyəm vidalaşmağa...”“Adam aldatmaq da, – dedim, – hünərmi?
Стихи других поэтов
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
YaxşıdırNadan söhbətindən, gəda sözündən,Bir qanan üzümə söysə yaxşıdır.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Hicrara könlüm sorur hər dəm ləbin əhvalınıHicrara könlüm sorur hər dəm ləbin əhvalını,Gərçi var mührəq büti əmma yalaydür balını.