Sənin palçıq daxman –Mənim üçün qəsr idi,Bizim ev kimi xalçalarladöşənməmişdi.Köhnə, rəngi getmiş kilim sərilmişdi,Yıxılanda dizlərim əzilərdi.Xatırlayıram, quru çörəyinBal dadı verərdi ağzımda.Bir gün həyətdə –Sənin məhəbbətin,Balaca evi doldururdu.Yayda damda yatmağımızGöydə ulduzların parıltısı,Sizin məhəllənin kənd havası,Süd bacım Fatiməylə oynamağım,Dan söküləndə qatırların,Dəvə karvanının şəhərə girməsi,Musiqi kimi zınqrov səsləri,Oyadırdı yuxudan məni.Davam edirdi bu, günəş çıxınca,Sonra təzədən yuxu aparırdı məni,Görürdüm başım üstə durubSəsləyirsən Fatiməni, məniNədəndir, unuda bilmirəm səni?

18.12.2008, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов