Xatirə çırağı
Xatirimdədir təzə Bakıya gələndə,Bacıma bənzəyən gözəl bir xanımEvində qutab bişirir,Satırdı səhərlər küçədə.Bir az keçmədi ki, saraldı soldu,Bacıma bənzəyən bu gözəl xanım.Təəccüb eylədim qara saçlarınbəyaz olmasınaBelə qısa zamanda.Qadının yerişi sustaldı,Gözəl bənizi saraldı.Müştəri çağıran səsi batdı.Sonra cismi sönüb getdiMənim xatirə çırağımın.Qüssələndirdi məni bu halət.Hələ də xatırlayıram –Bacıma bənzəyən bu gözəlinÇıraq kimi yanıb sönməsini.
13.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/qulamrza-sebri-tebrizi-xatire-ciragi
Клавиши ← → для перехода, R — случайное стихотворение