Əgər geri dönə bilsən,hansı yaşa dönərsən?Qanad çalıb illər üstənuçan quşa dönərsən.

Bircə qarış sağ-salamatyer tapmazsan qonmağa.Dəli kimi gah o başa,gah bu başa dönərsən.

Dərddən ulaya-ulayaqalarsan göy üzündə.Və beləcə, ya duaya,ya qarğışa dönərsən.

…Yolunu get, yola baxma,Bu ömürdü, fala baxma,Baxma, dönüb dala baxma,baxsan daşa dönərsən…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов