Gedək biz olmayan yerə
Gəl, əl-ələ tutub gedək,Gedək biz olmayan yerə.Hər dərdi unudub gedəkDərdimiz olmayan yerə.
Burda qoyaq özümüzü,Bu qırışan üzümüzü,Bu köhnələn sözümüzü,Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,Gəl, çıxıb gedək birtəhərBu ev, bu küçə, bu şəhər,Bu dəniz olmayan yerə.
...Atam oğlu, az çapala,Sən deyən çətin tapıla,Bu Ramizi kim apararBu Ramiz olmayan yerə?!.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-gedek-biz-olmayan-yere
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Qafqaz xəbərləriNəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Sevgi hakim olmalıHarda azad bir ölkə var – o yerləri şənlədənSevgi, məhəbbətdir ancaq, şer ilə həm şairdir.
XoruzYatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruz