Vidadi Məmmədovun xatirəsinə

Nə pis yuxu tutdu mənigünün günortasında.Bu şəhərin, bu küçənin,bu ömrün ortasında.

Bir qış günü yatdım, ancaqdurub gördüm payızdı.Bu kartları dəyiş, Allah,mən bu ömrü uduzdum.

Gecəsini, gündüzünügötür, bir də qarışdır.Düş, gözümün qabağında,burda, yerdə qarışdır.

Qara günlər arasındanbəlkə bir ağ gün çıxa.Ya çıxa qətlimə fərman,ya ölüm hökmün çıxa.

Amma cığallıq eləmə,düz oyna, təmiz oyna.Mən gedirəm cəhənnəmə,ilahi, mənsiz oyna!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов