Güzgü
Ağrımaz bir ağrımızla,İşi yoxdu ağlımızla.Ağzımızla-burnumuzla,Başımızı qatan güzgü.
Tərs baxsaq da sifətinə,Bircə kəlmə çətin dinə,Həmişə su qiymətinəBizi bizə satan güzgü.
Yüz cür üz görüb qorxmusan,Yenə bizsiz darıxmısan,Bəlkə bizi sən doğmusan,Anam güzgü?..Atam güzgü?..
Daha bizdə hal qoymadın,Gizlənməyə yer qoymadın,Açılmayan sirr qoymadın,A dünyanı tutan güzgü!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-guzgu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlan
Şikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
Dad əlindənHarda olsa pis qonşunun,Dad əlindən, dad əlindən.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Dilbər, sən gedəli xəstə düşmüşəmDilbər, sən gedəli xəstə düşmüşəm,Gəl gör ki, intizardı can sənə.