Bir qoca uşağam mən bu yaşımda,Bir dəli ağıl var hələ başımda, -Bircə mən çaşmadım hamı çaşanda,Hamı çaşmayanda mən çaşa bildim.

Dalımca çox qaçdı ölüm - çatmadı,Dedim: "Mənə bir çat görüm!" - çatmadı,Dünyada çox şeyə əlim çatmadı,Dərdin yekəsindən yapışa bildim.

Öz dərdimə, öz ağrıma yetişdim,Dünyanın son nağılına yetişdim,Şerin-sözün axırına yetişdim,Axır tikəsindən yapışa bildim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов